Ömrüm-günüm olub qara
Səni axtara-axtara
Gəlib çıxmışam gör hara?
Səni axtara-axtara (2)
Gəldim, deyəsən sözünü,
Məni axtara-axtara
İtirəcəksən özünü
Məni axtara-axtara (2)
Oğlan axı sevgidir, eşqdir dünyanın tacı
Yarının gülüşüdür, dünyada onun əlacı
Ay qız sənsiz dünyanı mən axı neynirəm?
Mən səni, mən səni sevirəm, sevirəm !
Oğlan axı sevgidir, eşqdir dünyanın tacı
Yarının gülüşüdür, dünyada onun əlacı.
Ay qız sənsiz dünyanı mən axı neynirəm?
Mən səni sevirəm, sevirəm!
Şirin candan bezdirmisən
Məni yandıra-yandıra
Qəm gölündə üzdürmüsən
Məni yandıra-yandıra (2)
Bilə-bilə yandırmışam
Saçlarımı yoldurmuşam
Ürəyimi dondurmuşam
Səni yandıra-yandıra (2)
Oğlan axı sevgidir, eşqdir dünyanın tacı
Yarının gülüşüdür, dünyada onun əlacı
Ay qız sənsiz dünyanı mən axı neynirəm?
Mən səni, mən səni sevirəm, sevirəm!